Azərbaycanda karantinə yerləşdirilənlərin sayı AÇIQLANDI  - Operativ Qərargah
25 mart 2020 18:13 (UTC +04:00)

Azərbaycanda karantinə yerləşdirilənlərin sayı AÇIQLANDI - Operativ Qərargah

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Lent.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Mehman Nəbiyev

Oxşar yazılar