Azərbaycanda doğum sayı mart ayında iki dəfəyə qədər azalıb - RƏSMİ
13 aprel 2020 13:28 (UTC +04:00)

Azərbaycanda doğum sayı mart ayında iki dəfəyə qədər azalıb - RƏSMİ

Bu il ərzində ən çox doğum yanvar ayında qeydə alınıb.

Ədliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 11.687, fevral ayında 11.373, mart ayında isə 6.321 doğum dövlət qeydiyyatına alınıb.

2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır.

2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 ad, ata adı və soyadı dəyişdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Mehman Nəbiyev

Oxşar yazılar