Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlandı, 68 nəfər sağalaraq evə buraxılıb - QƏRARGAH
17 aprel 2020 18:11 (UTC +04:00)

Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlandı, 68 nəfər sağalaraq evə buraxılıb - QƏRARGAH

"Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb".

Bu barədə Lent.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub. 

Məlumatda bildirilir ki, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

"Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3944
avatar

Oxşar yazılar