Azərbaycanda daha 339 nəfərdə koronavirus aşkarlandı, 114 nəfər sağaldı, 4 nəfər öldü
10 iyun 2020 19:02 (UTC +04:00)

Azərbaycanda daha 339 nəfərdə koronavirus aşkarlandı, 114 nəfər sağaldı, 4 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 356 032 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5665
avatar

Oxşar yazılar