Azərbaycanda bu kəndin mərkəzi küçəsi günəş batareyaları ilə işıqlandırılır
03 mart 2020 21:13 (UTC +04:00)

Azərbaycanda bu kəndin mərkəzi küçəsi günəş batareyaları ilə işıqlandırılır

 

Qubanın Rustov kəndinin mərkəzi küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb.

APA TV-nin şimal bürosunun xəbərinə görə, artıq 4 ildir kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır.

Kəndin mərkəzi küçəsində günəş enerjisinin hesabına müasir işıqlandırma sistemləri də quraşdırılıb. Kənd sakinlərinin sözlərinə görə, küçənin işıqlandırılması onların bir sıra çətinliklərinin qarşısını alıb:

- “Əvvəl işıq yox idi, çoxlu hadisələr baş verirdi. İndi hazırda bu hadisələr baş verir. Bu, həm də insanların marağına səbəb olur, gəlib baxırlar. Biz də izah edirik ki, avtomatlaşdırılmış şəkildə gecə işə düşür”.

Kəndin girişində quraşdırılan 30-a yaxın dirək yolun 250 metrlik hissəsini işıqlandırmaq gücündədir. Avtomatik idarə olunan sistemə insan müdaxiləsi mümkün deyil:

- “Bu, əhali tərəfindən yüksək dəyərləndirilir. Bu layihənin əsas dəyəri ondan ibarətdir ki, heç bir vəsait ödəmədən kəndin əsas küçəsi işıqlandırılır. Bu küçədə qəzalar demək olar ki, yoxdur”.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan hökuməti ilə USAİD-in dəstəyi ilə reallaşdırılan layihədən kəndin 1600 nəfərdən çox sakini faydalanır. Bununla yanaşı, Rustovun ətrafında yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri də alternativ enerji hesabına işıqlandırılan küçədən istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar