Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentlikdən Lent.az-a daxil olan məlumata görə, AQTA əməkdaşları tərəfindən iyulun 22-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 55 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 236 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 81-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Ordubad”, “Mehrac”, “Toğrul”, “Dad”, “Uğur”, “Büllur”, “Montin”, “Happy” marketlər, Bayramov Bəxtiyar Fərəməz oğluna, Kərimov Elşən Qurban oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Novxanı kəndində “Aysu” market
Sumqayıt şəhərində “Nehrəm”, “Mini” marketlər
Şabran rayonunda Şabanov İlham Həbibulla oğluna, Hacıyev Laçın Akif oğluna, Ağayev Zahid Sədi oğluna, Mirzəyev Elşən Həzrətqulu oğluna, Mürsəlov Fərid Ramazan oğluna məxsus ərzaq mağazaları
Kürdəmir rayonunda “Kral”, “Məhəllə”, “Bol mart”, “Emil”, “Tunar”, “Sahib”, “Vüsal”, “Ruslan” marketlər, “Bakı”, “Ümid” restoranları, “Ali”, “Əlibayram”, “Kral” kafeləri
Göyçay rayonunda “Çayarxı”, “Xurma bağı” kafelər, Məhərrəmov Natiq Aydın oğluna, Əhmədov Rauf Hikmət oğluna məxsus kafelər, Səfərəliyeva Afaq Əsgərağa qızına məxsus yeməkxana
Şamaxı rayonunda “Həyat”, “Nurəddin”, “Qarabağ”, “Niyal” kafelər
Hacıqabul rayonunda Qəhrəmanov Məhərrəm Məmmədi oğluna məxsus kafe
Şirvan şəhərində Rəhmanova Təranə Miryusif qızına məxsus ərzaq mağazası
Saatlı rayonunda “Araz Şöhrət” market, Abbasov Miraqil Miradəm oğluna, Teymurov Nəriman Lətif oğluna məxsus ərzaq mağazaları
Sabirabad rayonunda “Araz Pak” ərzaq mağazası
Mingəçevir şəhərində “Anar”, “Arzuman”, “Zaur” marketlər, Məmmədov Ramin İlqar oğluna, Mahmudov Rövşən Arif oğluna, Mustafayeva Sədaqət Yolçu qızına, İsmayılova Şərəbanu Qəhrəman qızına məxsus ərzaq mağazaları
Zaqatala rayonunda “Öz Dönər” dönərxana, Laçınov Mustafa Əsədulla oğluna məxsus ərzaq mağazası
Oğuz rayonunda Yusubova Aynurə Fikrət qızına məxsus ərzaq mağazası
Qəbələ rayonunda Sadıqov Elvin Ağasəlim oğluna məxsus kafe
Cəlilabad rayonunda Əliyev Zahir Miri oğluna, Babayev Rəfail Allahşükür oğluna, Qasımov Ramil Allahverdi oğluna məxsus ət satışı mağazaları
Biləsuvar rayonunda Məmmədzadə Həmid Ramizəli oğluna, Abbasov Seymur Gülhüseyn oğluna, Əzizov Zaur Rəşid oğluna məxsus ət satışı mağazaları
Samux rayonunda “Seyfi” kafe, Ocaqova Rəsmiyyə Akif qızına, Orucov Əşrəf Çapay oğluna, Hüseynov Mahir Abbasəli oğluna, Cəfərov Turqut Natiq oğluna, Xəlilova Səbinə İsrafil qızına məxsus ərzaq mağazaları
Ağstafa rayonunda Məmmədov Rövşən Vəhti oğluna məxsus kafe, “Şamlıq”, “Yaşıl məkan”, “Yaşıl göl” kafelər, Əmiraslanov Elşad Qələndər oğluna, İsgəndərov Nofəl Sahib oğluna məxsus ərzaq mağazaları, “Ailəm”, “Vüsal” marketlər
Gədəbəy rayonunda “Vüqar”, “Turşsu”, “Yaşıl” kafelər
Şəmkir rayonunda Əliyev Xəyal Camal oğluna məxsus çörək istehsalı müəssisəsi
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.