Azərbaycanda 50 min ödənişli ictimai iş yeri yaradılır
13 aprel 2020 15:48 (UTC +04:00)

Azərbaycanda 50 min ödənişli ictimai iş yeri yaradılır

Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. 

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib. 

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4195
avatar

Aygün İbrahimli

Oxşar yazılar