Azərbaycanda 3083 tələbə köçürülmək istəyir
10 fevral 2020 11:45 (UTC +04:00)

Azərbaycanda 3083 tələbə köçürülmək istəyir

Təhsil Nazirliyi tələbələrin köçürülməsi prosesi üzrə elektron sənəd verənlərin sayını açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu fevralın 1-dən 7-dək aparılıb.

Ümumi müraciətlərin sayı 3083-dür. Bunlardan 415-i orta ixtisas, 2668-i ali təhsil üzrədir.

Tələbə köçürülmələrinin nəticələri mart ayında elan olunacaq.

Qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314
avatar

Oxşar yazılar