Təhsil Nazirliyi orta məktəblərdə koronavirusla bağlı son vəziyyəti açıqlayıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, daha 20 şagird, 6 nəfər işçi heyəti koronavirusa yoluxub.
Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi heyətinin sayı 2 olub.
Əyani təhsilə keçirilən siniflərin sayı 1, distant təhsilə keçirilmiş siniflərin sayı isə 7 olub.
Qeyd edək ki, bu günə kimi distant təhsilə keçirilən siniflərin sayı 36, distant təhsilə keçirilən məktəblərin sayı isə 2-dir.