Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq
01 oktyabr 2020 20:45 (UTC +04:00)

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq

 

Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) "APA-Economics"ə verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, “Report spam” seçimini etməklə mesajı “spam” olaraq şikayət etsinlər.

Bundan əlavə, “Parametrlər/Settings” bölməsindən “Şikayət et/Report contact” düyməsini seçməklə kontaktı şikayət və blok etmək mümkündür.

“Spam” mesajlar “WhatsApp” qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

Həmçinin bu cür kiberinsidentlərlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyac yarandıqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar