Azərbaycana xaricdən gələn 9 minə qədər adam karantinə yerləşdirilib - Hikmət Hacıyev
08 aprel 2020 19:07 (UTC +04:00)

Azərbaycana xaricdən gələn 9 minə qədər adam karantinə yerləşdirilib - Hikmət Hacıyev

“İtaliya, Macarıstan və Rusiyadan çoxsaylı vətəndaşımız, tələbələr gətirilib”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, ölkə xaricində olan vətəndaşlara da diplomatik nümayəndəliklərimiz lazımi yardımı göstərir: “Türkiyə, o cümlədən Ukrayna və Dubaydakı vətəndaşlarımıza dəstək verilir. Sərhədlər bağlanıb, dövlətlər daxili yoluxma zəncirini qırmağa diqqət yönəldir.  Vətəndaşlarıimıza müraciət edirik ki, təmkin nümayiş etdirsinlər, aprelin 20-ə qədər ölkəyə giriş-çıxış dayandırılıb. Bəzən diplomatik nümayəndəliklərimizə zəng edib təhqirə yol verən vətəndaşlarımız da olur. Bu günə qədər 9 minə qədər xaricdən gələn vətəndaşlarımız karantin rejimində yerləşdirilib. Bu karantin məkanlarının çoxu beş ulduzlu, üç ulduzlu otellərdir. Dövlətə çətin olsa da, biz bu addıma getdik. Çünki simptomları biruzə verməyən insanlar da yayıcı ola bilər ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417
avatar

Oxşar yazılar