Azərbaycana gətirilən vaksinlərə hansı qurum zəmanət verir?
05 iyun 2020 14:46 (UTC +04:00)

Azərbaycana gətirilən vaksinlərə hansı qurum zəmanət verir?

Tarix boyu insanlar yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olublar.

Vəba, malyariya, müxtəlif virus qripləri və onlarca bu cür ölümlərin qarşı ancaq onlara qarşı peyvəndlər hazırlandıqdan sonra alınıb.  

Peyvənd nədir, necə hazırlanır?

İnsan və heyvanlarda xəstəlik yaratmaq qabiliyyətində olan virus, bakteriya və başqa mikroplar xəstəlik yaratma xüsusiyyətindən azad edilir və ya bəzi mikropların  ifraz etdikləri  zəhərlərin təsiri ortadan qaldırılmaqla peyvənd hazırlanır. Orqanizm bu yolla özünə zərər verməyən mikrop və toksinləri tanıyır və onlara qarşı mübarizə metodu hazırlayır.  

Beləcə həqiqi mikroplarla qarşılaşdığında bu yolla mübarizə aparır və insan xəstələnmir. Çünki artıq immunitet yaranır. Bu üsul yoluxucu xəstəliklərdən kütləvi surətdə baş verən ölümlərin qarşısının alınması üçün ən faydalı metoddur.

Azərbaycanda peyvənd hazırlanmır.

Türkiyədə ilk peyvənd hazırlanmasına Osmanlı İmperiyası dövründə başlayıb.  

Fransız bioloq, mikrobiologiya və immunologiyanın banisi Lui Paster peyvənd hazırlama fəaliyyəti üçün vrünün dövlət başçılarından maddi kömək istəyir.

Həmin müraciətlərin bir nüsxəsi Osmanlı hökmüdarı ll Əbdülhəmidə çatdıqdan sonra o maddi yardım göstərməsi müqabilində vaksin hazırlanma işlərinin İstanbulda aparılmasını istəyir. Bu təklif Paster tərəfindən qəbul olunmayınca, ikinci təklif ortaya çıxar 10.000 qızıl yollanılır və eyni zamanda Osmanlıdan 3 adamın da asistant kimi getməsinə qərar verilir.

Vaksin Fransızca "vacca - inək" deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirib. Cenner ilk dəfə olaraq insanları təbii çiçəkdən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə edib.

Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Vaksinasiyaya əsas göstəriş kimi yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri aparılarkən vaksinasiyaya əks göstərişlər, həmçinin insanın ümumi vəziyyəti nəzərə alınmalıdır.

Səhiyyə Nazirliyinin məlumatına görə,  Azərbaycana vaksin preparatları 2014-cü ildən UNİCEF-in xətti ilə daxil olur və daxil olan bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasından keçən vaksinlər olur. Yəni, peyvəndlərin hamısı sınaqdan keçirilmiş olur və bununla bağlı zəmanəti ÜST verir.

Azərbaycanda daha çox Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6628
avatar

Aygün İbrahimli

Oxşar yazılar