Azərbaycan məktəblərində yaranan fasilə konpensasiya ediləcək – RƏSMİ
03 mart 2020 17:50 (UTC +04:00)

Azərbaycan məktəblərində yaranan fasilə konpensasiya ediləcək – RƏSMİ

Məlum olduğu kimi, koronavirus təhlükəsinə görə martın 3-dən 9-dək Azərbaycanda bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Yaranan fasilə necə konpensasiya olunacaq?

Lent.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov “ATV Aktual” verilişinə açıqlamasında tətilin uzadılıb-uzadılmayacağına, eləcə də fasilədə geri qalınan dərs proqramının necə konpensasiya oluncağına da aydınlıq gətirib: “Martın 10-u dərs günü olmaqla, martın 3-dən martın 10-dək bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib.

Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər. Amma hələlik bu barədə söz demək düzgün olmaz”.

Şagirdlərin proqramdan geri qalma məsələsinə gəldikdə, nazirlik rəsmisi bildirib ki, əsas məsələ şagirdlərin sağlamlığı olduğu üçün belə qərar qəbul edilib: “Dərslərdə yaranan fasilənin hər hansı müddətlə konpensasiya olunması ilə bağlı gələcək gündlərdə dəqiq vaxt müəyyənləşdiriləcək”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3701
avatar

Aygün İbrahimli

Oxşar yazılar