Azərbaycan hökuməti koronavirusun ölkəyə daxil olmamasına çalışır - AÇIQLAMA
10 mart 2020 15:43 (UTC +04:00)

Azərbaycan hökuməti koronavirusun ölkəyə daxil olmamasına çalışır - AÇIQLAMA

"Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər".

APA xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasının 3 mərhələsi var və Azərbaycan ilk mərhələdədir: "Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusun ölkəyə daxil olmamasına çalışırlar".

H.Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi  Azərbaycanda da koronavirusdan ölən ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar