“Biz vətəndaşa elan edirik ki, 2 metr məsafəni qoruyun. Ancaq vətəndaş yenə də avtobusa birinci minmək istəyir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə deyib ki, bu gün nəqliyyat xüsusi karantin rejiminə hesablanıb: “Ancaq xüsusi karantin rejiminə hesablananda daha çox insan karantin rejimini pozub çıxırsa, bu halda da avtobuslarda sıxlıq yaranır”.