Atmosferdə karbon qazının miqdarı sürətlə artır
10 fevral 2020 19:33 (UTC +04:00)

Atmosferdə karbon qazının miqdarı sürətlə artır

Son 140 ildə atmosferdə karbon qazının miqdarı 42 faiz artıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atmosferdəki karbon qazının dəyərləri 1880-ci ildə təxminən 291 ppm olsa da, 2019-cu ildə 42 faiz artaraq 412 ppm-ə çatıb.

Məlumata görə,  karbon qazı atmosferdəki istixana qazları, yanacaqların həddən artıq istifadəsi, ehtiyat tullantıları və digər insan fəaliyyətləri nəticəsində artmağa davam edir.

Milli Okean və Atmosfer Agentliyinin (NOAA) məlumatlarına görə, sənayeləşmə dövrünə qədər son 400 min il ərzində atmosferdəki karbon qazı (CO2) nisbəti 200 ilə 280 ppm (milyon vahidə bir) olub.

İstixana effektinə səbəb olan əsas qazlardan biri olan karbon qazının dəyərləri 1880-ci ildə təxminən 291 ppm olsa da, 2019-cu ildə bu dəyər 42 faiz artaraq 412 ppm-ə çatıb.

Karbon qazı nisbətinin artmasını qiymətləndirən İstanbul Texniki Universitetinin professoru Hüseyin Toros atmosferdəki karbon qazının miqdarının kritik həddə çatdığını, heç bir tədbir görülməyəcəyi halda, 2040-cı ildə 450 ppm-ə çatacağının gözlənildiyi bildirilib: “Sənayeləşmə nəticəsində  milyon illərdir  yerin altında yığılan karbon qazı sürətlə istehlak edildi. Nəticədə atmosferdəki istixana qazları, xüsusən də karbon qazı hər gün artır. Bu isə qlobal istiləşməyə təkan verir”.

O bildirib ki, bərpa olunan enerjiyə keçid sürətləndirilməlidir.

Professorun sözlərinə görə, karbon qazı nisbətindəki artım bu şəkildə davam edərsə, temperatur rekord həddə çatacaq.

Quraqlıq, həddindən artıq yağış, sel, fırtına və qasırğalar artacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2543
avatar

Aygün İbrahimli

Oxşar yazılar