Aşura günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
14 avqust 2020 17:12 (UTC +04:00)

Aşura günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb: “İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7642
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar