Asimptomatik xəstələrin evdə müalicəsi barədə qərar verilə bilər
09 iyun 2020 19:35 (UTC +04:00)

Asimptomatik xəstələrin evdə müalicəsi barədə qərar verilə bilər

“Xəstəliyin klinikası getdikcə ağırlaşır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlının sözlərinə görə, ola bilər ki, asimptomatik xəstələrin evdə müalicəsi barədə qərar qəbul edilsin: “İndiyə qədər bütün xəstələr xəstəxanalarda müalicə edilib. Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı xüsusi applikasiyalar, məlumatlandırıcı materiallar hazırlanıb. Pozitiv çıxan xəstələr evdən kənara çıxa və başqalarına yoluxdura bilərlər. Ona görə də bu xəstələrə iltizamnamələr imzalatdırılacaq. Hələ ki, belə xəstələrin müalicəsinə imkanımız var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2737
avatar

Oxşar yazılar