Alış-verişi onlayn edin – TƏBİB-dən ÇAĞIRIŞ
05 iyun 2020 11:33 (UTC +04:00)

Alış-verişi onlayn edin – TƏBİB-dən ÇAĞIRIŞ

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruiliyi qeyd olunub:

- Mümkündürsə, onlayn alış-verişə üstünlk verin.

- Alış-verişə ailənizdən bir nəfər göndərin.

- Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin. 

- Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

- Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

- Digərləri ilə fiziki məsafə saxlayın.

- Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

- Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

- Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1969
avatar

Aygün İbrahimli

Oxşar yazılar