Heydər Əliyev Fondunun təşəbbüsu ilə həyata keçirilən “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsi davam edir.
Fonddan APA-ya verilən məlumata görə, bu gün muğam ifaçıları - Xalq artisti Alim Qasımov və Fərqanə Qasımova 94 yaşlı Əmiraslan babaya dəstək olublar. Layihənin məqsədi koronavirusla (COVID-19) əlaqədar Azərbaycanda davam edən xüsusi karantin rejimində #evdəqal kampaniyasına dəstək göstərməkdir.