Agentlik sədrindən vətəndaşlara ÇAĞIRIŞ
12 iyun 2020 18:49 (UTC +04:00)

Agentlik sədrindən vətəndaşlara ÇAĞIRIŞ

“Cəmiyyətimiz kifayət qədər ciddidir, karantin qaydalarına da əməl edəcəyinə inanıram”. 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. 

Agentlik sədri deyib ki, bir müddət əvvəl icazə üçün SMS sistemi var idi: "İlk günlərdə gələn icazələrin 70-80 faizi aidiyyəti olmayan SMS-lər idi. Daha sonra ictimai qınaq və görülən tədbirlər nəticəsində bu hərəkətlərin qarşısı alındı. Qeyri-ciddi şəxslərin həmin müraciətlərinə görə zəruri SMS-i göndərən şəxsin SMS-i gec çatırdı. İndi də vətəndaşları çağırırıq ki, 108 Çağrı Mərkəzinə, apteklərə zəruri olmayan hallarda müraciət etməsinlər. Bu zaman həqiqətən ehtiyacı olan digər şəxslər dərhal həmin nömrələrə düşə bilsinlər ki, problemlərini səsləndirsinlər, dövlət strukturları da onlara kömək göstərə bilsin”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2125
avatar

Oxşar yazılar