Ağac kəsən şirkət məhkəməyə verilib
02 mart 2020 16:19 (UTC +04:00)

Ağac kəsən şirkət məhkəməyə verilib

Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt və protokol tərtib olunub.

“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Aygün İbrahimli

Oxşar yazılar