Aİ kibertəhlükəsizlik sahəsində Azərbaycana dəstək verməyə hazırdır
05 mart 2020 12:02 (UTC +04:00)

Aİ kibertəhlükəsizlik sahəsində Azərbaycana dəstək verməyə hazırdır


"Azərbaycan elektron ticarət qovşağının yaradılmasında uğur qazanıb. Avropa İttifaqı (Aİ) həm bu, həm də kibertəhlükəsizlik sahəsində ölkəyə lazımi dəstək verməyə hazırdır".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbirində çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Aİ-də 2013-cü ildə kibertəhlükəsizliklə bağlı strategiya qəbul olunub: "Bildiyimiz kimi, Azərbaycanın da özünəməxsus kibertəhlükəsizlik strategiyası var. Qeyd edim ki, Aİ-nin bu sahədə iki direktivi də mövcuddur. Onlardan biri fərdi məlumatların qorunub-saxlanılması, digəri isə ümumi məlumatların mühafizəsi qaydalarıdır. Aİ-yə üzv dövlətlər tərəfindən buna uyğun olaraq öz qanunvericiliklərinin eyniləşdirməsi sahəsində mühüm işlər görülür".

K.Yankauskas həmçinin əlavə edib ki, Aİ təkbaşına bu işləri görmür və 2016-cı ilin dekabrından başlayaraq Aİ-nin Xarici Əlaqələr Xidməti tərəfindən "Şərq tərəfdaşlığı" ölkələri arasında, o cümlədən Azərbaycanla da müəyyən danışıqlar aparılır və bu danışıqlar çərçivəsində prioritetlər müəyyən olunur.

"Biz artıq dəyəri 3 mln. avro olan layihə həyata keçirməkdəyik ki, burada işlər "EU4Digital" departamenti tərəfindən icra olunmaqdadır. Söhbət "Şərq tərəfdaşlığı" ölkələrində mühafizə sahəsində müqavimətin gücləndirilməsindən gedir. Növbəti aylar ərzində Aİ və Azərbaycan qarşıda duran çox əhəmiyyətli məsələlərin aradan qaldırılması sahəsində qərar qəbul edəcək", - deyə K. Yankauskas əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar