FHN-in "101" Zəng Mərkəzinin əməkdaşları 24 saat iş başındadır. Bu gün 8 Mart Qadınlar günü olsa da onlar üçün sıradan, həmişəki günlərdən biridir.
Onlar bu gün də xalq üçün iş başındadırlar. Gördüyünüz otaqda FHN-nin Yanğından Mühafizə Xidmətinin 101 qaynar xəttinə cavab verən dispetçerlər oturur. 101 xidmətinə zəng vurduğunuzda zənglərinizə məhz bu xanımlar cavab verir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edirlər.
Hər gün fasiləsiz olaraq növbə çəkən "101" zəng mərkəzinin əməkdaşları öz işlərinə son dərəcə ciddi və məsuliyyətlə yanaşırlar. Çəkiliş zamanı biz də bunun şahidi olduq. Otaqda olduğumuz 1 saat ərzində onlar bir dədiqə belə gözlərini manitordan, qulaqlarını telefondan ayırmadılar. 27 ildir dispetçer çalışan Nərminə xanım deyir ki, işləri çətin olsa da, bu sahədə çalışmaq onun üçün qürurvericidir.
Müsahibimiz eyni zamanda hər təcili zəng zamanı hiss etdiklərini də bizimlə bölüşdü.
Lent.az REAL TV -nin hazırladığı videonu təqdim edir: