“Dünən Daşlı adanın strukturuna yaxın yerdəki palçıq vulkanı saat 21:51-də püskürüb”.
Lent.az məlumat verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, püskürmənin davamlılığı 8 dəqiqə davam edib:
“Yanma müddəti isə 20-25 saniyə çəkib. Vulkanın dərinliyi 1,48 kilometr, gücü (ml) 2,17 ml olub”.
Q.Yetirmişli deyib ki, bu vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb.