6 ayda 2 000-dən çox zəlzələ olub - RƏSMİ
17 iyul 2021 14:11 (UTC +04:00)

6 ayda 2 000-dən çox zəlzələ olub - RƏSMİ

2021-ci ilin 6 ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələnin tədqiqatı bürosu” tərəfindən 6404 təkan qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, onlardan 2413-ü yerli, 1492-si regional, 1350-si isə uzaq zəlzələlər olub.

Bununla yanaşı, tək stansiya tərəfindən zəif 4000 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 palçıq vulkanı qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıtda hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Oxşar yazılar