"Pfizer" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi ilə bağlı araşdırmalar başa çatıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Qida və Dərman Mərkəzinin araşdırmaları nəticəsində məlum olub ki, peyvəndin 5-11 yaş arası uşaqlarda effektivliyi 90,7 faizdir.
Araşdırmada 5-11 yaş arası 2 268 uşağın üç həftə ara ilə normal dozanın 1/3 hissəsi ilə peyvəndləndiyi və onlarda immun sisteminin yarandığı müəyyən edilib. Həmçinin onların xəstəliyi də yüngül keçirdiyi məlum olub.
Qeyd edək ki, qurum oktyabrın 26-da 5-11 yaş qrupu üçün peyvəndin təsdiq edilib-edilməyəcəyinə qərar vermək üçün toplanacaq.