Vəkillərin fəaliyyəti ilə bağlı aparılmış intizam icraatlarının nəticələri açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci ilin hesabatında qeyd edilib.
Bildirilib ki, bir sıra hallarda intizam tənbehi tətbiq edilməklə yanaşı, bəzi müraciətlər üzrə icraata xitam verilib və ya qiymət verilməsinin mümkün olmadığı müəyyən edilib.
Məlumata görə, 36 halda intizam tənbehi tətbiq edilmədən vəkillərə qanunvericiliyin tələblərinə riayət olunmasının diqqətə çatdırılması ilə kifayətlənilib. 4 vəkilə xəbərdarlıq edilib, 18 halda irad tutulub, 21 vəkilə töhmət verilib, 2 halda cərimə tətbiq olunub.
Bundan əlavə, 10 vəkilin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb, 5 vəkil isə Kollegiya üzvlüyündən xaric edilib.
Eyni zamanda, 40 müraciət üzrə pozuntu müəyyən olunmadığına, şikayətin geri götürüldüyünə və ya digər əsaslara görə intizam icraatına xitam verilib.