Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində ölən 21 mülki şəxsdən biri də 25 yaşlı Tükəzban Mirzəliyevadır. T.Mirzəliyeva həmin gün atası ilə birlikdə körpə qızı üçün yemək və paltar almaq üçün şəhərə çıxır. Bərdənin mərkəzi hissəsində atası Çərkəz kişi ilə birlikdə alış-veriş edir. Elə bu vaxt Ermənistanın atdılğı raket nəticəsində ətrafı toz-duman bürüyür. Tükəzban artıq şəhid olmuşdu. Geridə isə onun 5 ildir həsrətlə yolunu gözlədiyi 20 günlük qızı qalır.
Lent. az Türkiyə mətbuatının T.Mirzəliyeva ilə bağlı hazırladığı reportajı təqdim edir.