350 nəfərlə  toy keçirmək   istəyi baş tutmadı
13 iyul 2021 14:52 (UTC +04:00)

350 nəfərlə toy keçirmək istəyi baş tutmadı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyulun 12-də Şəmkir şəhəri, E.Allahverdiyev 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhərrəmov Ramin İbadət oğluna məxsus “Yamin” şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğunu aşkar edib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 350 nəfərin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 12 nəfərin əyləşdiyi də aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3037

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46
İyun ayı 3 BÜRC üçün çox uğurlu  olacaq

İyun ayı 3 BÜRC üçün çox uğurlu olacaq

2 iyun 2025 , 18:40
Güclü leysan, sulu qar yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Güclü leysan, sulu qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

2 iyun 2025 , 17:45
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

2 iyun 2025 , 17:16
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ:  Bu ay ən idealıdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Bu ay ən idealıdır

2 iyun 2025 , 16:29