3 şəhərdə qanunsuz ət kəsənlər cəzalandırıldı
17 yanvar 2023 12:34 (UTC +04:00)

3 şəhərdə qanunsuz ət kəsənlər cəzalandırıldı

Bakı şəhəri və Bərdə, Ağcabədi rayonlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb.

AQTA-dan Lent.az-a verilən məlumata görə, yanvarın 16-da Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Bərdə, Ağcabədi rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 3 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Sevinc Fərid

Oxşar yazılar