2020-ci ildə Azərbaycanda doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb.
Ədliyyə Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, bu il yeni doğulmuş oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim adı verilib. Qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir.
Hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır.