20 saniyə, 2 litr... Bunlar koronavirusu öldürür
25 mart 2020 12:05 (UTC +04:00)

20 saniyə, 2 litr... Bunlar koronavirusu öldürür

Koronavirusdan qorunma yaşayış tərzindən çox asılıdır. Məsələn, gündə nə qədər su içmək, meyvə yemək, əlləri neçə dəfə yumaq və s. Mütəxəssislər isə qorunma üçün həmin hərəkətlərin müddətini və aradakı fasilənin daha çox önəmli olduğunu diqqətə gətirirlər.

Lent.az xarici mediaya istinadən koronavirusa qarşı lazım olan bir neçə təsiredici məqamı nəzərinizə çatdırır. Qeyd etmək lazımdır ki, onların hansı müddət ərzində yerinə yetirilməsi də böyük əhəmiyyət kəsb edir.

Əllərinizi tez-tez ən azı 20 saniyə olmaqla sabunla yuyun. Sabunların antibakterial və ya antiseptik olması fərq etmir.

Dezinfeksiya məhsullarının tərkibində minimum 60 faiz spirt olmalıdır. Əl antiseptiklərindən əlavə 80-90 faiz spirt tərkibi olan kolonyalar da gigiyena üçün əhəmiyyətlidir. Ancaq bütün bu məhsullar əlləri sabunla tez-tez yumağı əvəzləyə bilmir. Ona görə də çalışın əlləriniz tez-tez sabunla yuyun.

Virus daha çox öskürək və asqırıq zamanı havaya çıxan nəfəs damcılarından yayılır. Bu səbəbdən həmin yerə toxunduqdan sonra əllərinizi dezinfeksiya etməmiş ağız, burun və gözlərinizə toxunmayın.

Asqırıq və öskürək zamanı havaya atılan damcılar 3 saat həmin yerdə dayana bilir. Buna görə də sıxlıq olan yerlərdə maska taxmağınız və insanlarla 3-4 addım, başqa sözlə, 1,5 metr məsafə saxlamağınız məsləhətdir.

Asqırıq və öskürək zamanı ağız və burnunuzu bir dəfəlik istifadə üçün olan əl salfeti ilə tutun. Əgər salfetiniz yoxdursa, dirsəyinizin içindən yararlana bilərsiniz.

Otaqlarınızı hər saatda 10-15 dəqiqə havalandırmağınız görüləcək tədbirlər sırasındadır.

Koronavirus məişət əşyalarının üzərində saatlarla, hətta günlərlə canlı qala bilir. Buna görə də həmin əşyaları dezinfeksiyaedici məhlullarla təmizləyin.

Sıxlıq olan yerlərdən evə dönüb paltarınızı dəyişin və onları 60-90 dərəcəlik qədər yüksək temperaturda yuyun.

Gündə 3-5 boşqab meyvə və ya göyərti yeyin, 2 litrə qədər su için. Su içmək virusların nəfəs yollarında qalmasına imkan vemir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Mehman Nəbiyev

Oxşar yazılar