197 Azərbaycan vətəndaşı Kiyevdən Bakıya gətirildi - FOTO
14 may 2020 21:59 (UTC +04:00)

197 Azərbaycan vətəndaşı Kiyevdən Bakıya gətirildi - FOTO

 

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən APA-ya verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3097
avatar

Oxşar yazılar