190 manat alanların övladlarının təhsil haqqı da ödəniləcək - İbrahim Məmmədov
15 aprel 2020 17:54 (UTC +04:00)

190 manat alanların övladlarının təhsil haqqı da ödəniləcək - İbrahim Məmmədov

"Qeydiyyat, rəsmiləşmə olmadan 190 manatı vermək çətindir. Bunun rəsmi sənədləşməsi olmalıdır. Çünki sonra bunun hesabatı verilməlidir".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

O qeyd edib ki, 190 manat heç nə etməmək üçün verilən vəsaitdir: "Karantin müddəti uzadıldığı təqdirdə eyni qaydada həmin şəxslərə yardım veriləcək. 50 min işsiz adam ictimai işlərə cəlb olunaraq, 300 manat veriləcək. 2 gün əvvəlki qərara görə, 190 manat alan şəxslərə həm yardım edilir, həm də övladlarının təhsil haqqı ödəniləcək. Yardım dedikdə təkcə 190 manatı götürmək lazım deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar