Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E.nin özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayıb.
Komitədən Lent.az-a verilən məlumata görə, dərhal qurum Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlayıb:
"Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, 16 yaşlı A.E. əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə, intihar ailə münaqişəsi zəminində baş verib.
Hazırda aidiyyəti qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır".