3 saylı uşaq evinin sakini Məhəmməd Hacıyev 1 saylı Kliniki Psixiatriya Xəstəxanasından çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Könül Aypara məlumat yayıb.
Əldə olunan məlumatlara görə, Məhəmməd Hacıyevin qardaşı Əli Hacıyev onu həmin xəstəxanadan çıxarıb.
Məhəmməd jurnalist Tarix Əliyevin "Ümid ilə gəl" verilişində bütün izləyicilərə üzünü tutaraq deyib: "Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaq evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.