14 yaşlı Murada yardımçı olaq! - VİDEO
05 fevral 2020 10:52 (UTC +04:00)

14 yaşlı Murada yardımçı olaq! - VİDEO

Elşən Süleymanov Xocalı sakinidir. 1992-ci ilin 26 fevral gecəsinin canlı şahidlərindəndir. Xocalının işğalı zamanı gözlərinin işığını itirib. Birinci qrup gözdən əlildir. Ailəsi və iki övladı ilə birgə Masazırdakı “Zəngilan şəhərciyi”ndə məskunlaşıb. 

Ailədə əmək qabiliyyətli yalnız ana olsa da, işləmir. Çünki ailənin 14 yaşlı övladı Murad artıq 3 aydır yataq xəstəsidir. İndi Muradın sağalması üçün ailənin maddi dəstəyə ehtiyacı var: “Düz 12 gün Xocalıda qalmışam. Övladım xəstədir. Xahiş edirəm, maddi imkanı olan şəxslər bizə yardım etsin. Diaqnozu müəyyənləşməyib. Analizlərini verdik. Dedilər, ciddi zədə var. Sonra dedilər MRT olunmalıdır. 316 manat ödəmək lazım idi. Onu da tapıb ödəyə bilmədik” .

Düz iki aydır Murad məktəbə getmir. Zəngilan məktəbində oxuyur, yaxşı qarmon ifaçısıdır. Xəstəliyi ucbatından həm dərsləri, həm də musiqi hazırlıqları yarımçıq qalıb: “İki aydır lap ağırlaşıb. Hərəkət etməyinə yalnız anası kömək edir. Mən görmürəm. Qorxuram ki, toxunaram yıxılar, ya da mən yıxılıb ona ağırlıq edərəm. İmkanlı şəxslərdən xahiş edirəm 012 341 42 32, 070 341 42 32 nömrəsinə zəng edib yardım etsinlər. ”. 

Muradın atası Elşən Süleymanovun da vəziyyəti yaxşı deyil. Bütün bədəni qəlpə yaralarıdır: “Xocalı hadisəsinin gecəsi əliyalın gəldik Ağdamın “Qarağacı” qəbiristanlığına. Yolu kibrit işığında gəldik. Azıb Əsgərana tərəf getdiyimizdən, yolumuz çox uzandı. Bizimlə gələnlərin əksəriyyəti soyuğa dözmədi, yolda vəfat etdi. Məni də don vurub, Ağdamın morquna aparıblar. Sonra görüblər tərpənirəm”. 

İndi Muradın ayağa qalxması xeyirxah insanlardan asılıdır. Gəlin 14 yaşlı Muradın ayağa qalxmasına yardımçı olaq!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219
avatar

Oxşar yazılar