Ramazan bayramında 3 gün qeyri-iş günüdür
Ramazan bayramı münasibəti ilə avqustun 19-u və 20-si qeyri-iş günləridir. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 19-u bazar gününə (qeyri-iş günü) təsadüf etdiyi üçün ayın 21-i də qeyri-iş günü hesab olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 7 dekabr 2011-ci il tarixli qərarına əsasən avqustun 19-u və 20-si Ramazan bayramı, oktyabrın 25-i və 26-sı Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

1291