Şurada Türkiyə səfirliyinin ikinci katibi ilə görüş oldu - FOTO
31 iyul 2012 15:17 (UTC +04:00)

Şurada Türkiyə səfirliyinin ikinci katibi ilə görüş oldu - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Türkiyənin Azərbaycandakı Səfirliyinin ikinci katibi Ahmet Doğanla görüşüb. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A.Doğan Şuranın fəaliyyəti və Türkiyə Sivil Toplum Quruluşları ilə Azərbaycan qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin vəziyyətilə maraqlandığını bildirib.

F.Qurbanov qonağa Şuranın fəaliyyəti haqqında məlumat verərək, iki qardaş dövlətin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin getdikcə genişləndiyini və bu sahədə Şura rəhbərliyi tərəfindən bir sıra konkret addımların atıldığını qeyd edib.

F.Qurbanov Türkiyə xeyriyyə vəqflərinin iş təcrübəsinin Azərbaycan qeyri-hökumət təşkilatları üçün ictimai fəaliyyət örnəyi olduğunu vurğulayıb və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar