Dövlət Sosial Müdafiə Fondu KİV-lər üçün müsabiqə elan edib
Dövlət Sosial Müdafiə Fondu kütləvi informasiya vasitələri üçün “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili” mövzusunda müsabiqə elan edib. DSMF-nun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, müsabiqə fondun 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq keçirilir. Müsabiqəyə iyulun 10-dan sentyabrın 20-dək DSMF-un son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda çap edilən analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.
Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilən və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar sentyabrın 20-dən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir.
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat – cəmi 1000 manat məbləğində.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazıları və teleradio materiallarını qiymətləndirməkdən ötrü DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiya yaradılıb.

820