Əflatun Amaşov Azərbaycan mətbuatının problemlərini sadaladı
23 iyul 2012 11:26 (UTC +04:00)

Əflatun Amaşov Azərbaycan mətbuatının problemlərini sadaladı

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun fikrincə, Azərbaycanda söz və mətbuat azadlığı mövcud olsa da, mətbuatımız öz problemlərini hələlik kifayət qədər həll edə bilməyib: “Hər bir vətəndaş öz fikir və ideyasını xalqa çatdırmaq üçün özünə məxsus KİV-dən istifadə edə bilir. Eyni zamanda Azərbaycanın istənilən nöqtəsində baş verən olaylar ictimaiyyətə mətbuat vasitəsilə çatdırılır. Bütün bu faktorlar azad mətbuat üçün çox önəmlidir. Azərbaycan mətbuatı özünün inkişaf mərhələsinə qədəm qoyub. Bu istiqamətdə istər dövlət, istərsə də mətbuatın özü tərəfindən kifayət qədər işlər görülüb. Lakin mətbuatımız öz problemlərini hələlik kifayət qədər həll edə bilməyib. Yəqin ki, gələcəkdə bu problemlər öz həllini tapmalıdır”.

Ə.Amaşov yaxın vaxtlarda “Diffamasiya haqqında” qanunun da Milli Məclis tərəfindən qəbul olunacağına əminlik ifadə edib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar