I qrup üzrə imtahanlardakı sualların düzgün cavabı bu gün açıqlanacaq
Bu gün 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı başa çatıb. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumata verilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. Qəbul imtahanları Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilib.
TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən bu gün saat 19.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq.
Qeyd edək ki, imtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək.

2102