Veteran jurnalistlərə mükafatlar təqdim olunub
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar veteran jurnalistlərlə görüş keçirilib. Nazirliyin ictimaiyyətlər əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, həmişə azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycanda KİV üzərində senzuranın ləğvi ilə bağlı 1998-ci il 16 avqustunda fərman imzalanıb, həmçinin KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib.
İ. Rəhimov deyib ki, nazirlik fəaliyyəti, həyata keçirilən sosial müdafiə tədbirləri barədə cəmiyyətin geniş məlumatlandırılması, bu tədbirlərdə ictimai nəzarətin artırılması məqsədilə KİV-lə əməkdaşlığa önəm verir. Görüşün sonunda veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub.

735