AMEA-da İşçi Qrupunun iclası keçirilib
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamının əhəmiyyətini vurğulayaraq bunun ölkə başçısının dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizə olan qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
İşçi Qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verən K.Abdullayev sözügedən məsələ ilə bağlı bir sıra tədbirlərin keçirildiyini, qrup tərəfindən təqdim edilmiş müxtəlif rəy və təkliflərin müzakirə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, İşçi Qrupunun əsas missiyası Dövlət Proqramından irəli gələn məsələləri diqqət mərkəzində saxlayaraq dilçiliyin inkişafına dair öz töhfələrini verməkdir.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Anar Nərimanov, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya idarəsinin müdiri Pərviz Abdullayev, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri Elçin Yusubov, AMEA-nın müxbir üzvləri Rafael Hüseynov və Tofiq Hacıyev və digər şəxslər iştirak ediblər.

700