Nuşirəvan Məhərrəmov: “İnternet televiziyası niyə tənzimlənməməlidir?
Avropa ölkələrində də bu məsələ uzun müddətdir ki, müzakirə olunur, amma çox təəssüf ki, hələ konkret mexanizmlər yoxdur”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib.
N. Məhərrəmov bildirib ki, Azərbaycanda internet televiziyalarının sayı son zamanlar xeyli artıb. Onun sözlərinə görə, ölkəmizdə internet radio və televiziyaların sayı 30-a yaxınlaşıb.
“Bunu tənzimləmək mexanizmi demək olar ki, yoxdur. Amma istənilən halda internet və efir televiziyası getdikcə artır, hər ikisinin imkanları bir-birilə çuğlaşaraq birləşir. İnternetin təsiri cəmiyyətdə getdikcə artır və artdıqca da təbii ki, onun tənzimlənməsi ehtiyacı yaranır. Efir televiziyası tənzimlənirsə, nə üçün internet televiziyası tənzimlənməməlidir? Avropa ölkələrində də, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Sonda yəqin ki, vahid tənzimlənmə yolu tapılacaq və biz o zaman məsələyə baxacağıq” - deyə, şura sədri vurğulayıb.

691