Bu gün növbəti qəbul imtahanı keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək.
Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunan, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib.
Orta ümumtəhsil müəssisələrindən 2528 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunub. 2012-ci ildə I qrup üzrə 33533 abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir. 18818 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13259 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 167 abituriyent xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Qeyd edək ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

534