Kənd əhalisinin 46 faizdən çoxu quyu suyu içir - ARAŞDIRMA
“Qışda işıqdan və qazdan korluq çəkirik, yayda da sudan. İyirmi ildir ki, qış aylarında qaz və işıq idarələrinin, yayda su idarəsinin qapısını döyürük. Hər mövsüm deyirlər ki, bu il də dözün, gələn ilədək probleminizi həll edəcəyik. Amma yenə də qışda işıqsız və qazsız, yayda da susuz qalırıq. Bu nə yaşayışdır?! Nə qədər bu vəziyyətə dözmək olar?! Bir il deyil, üç il deyil – düz iyirmi ildir...”
Bakının Goradil qəsəbə sakini Sabir Məhərrəmovun kommunal sektorun vəziyyəti ilə bağlı narazılığı səbəbsiz deyil. Dediyinə görə, yay aylarında qəsəbəyə su verilmədiyindən həm içməli, həm də həyətyanı sahəni suvarmaq üçün suyu pulla alır. Bir maşın suyu isə 20 manata satırlar. Bu minvalla Məhərrəmovlar ailəsi hər ay orta hesabla suya 100 manata yaxın pul xərcləyir: “Amma “Azərsu” qəsəbəyə su versə, camaat bu qədər xərc çəkməz. Üstəlik işlətdiyimiz suyun pulu da ayrı-ayrı dəllalların cibinə yox, dövlətə ödəyərik”.
Sabir Məhərrəmov təkcə onların deyil, bütün goradillilər üçün xarakterik olan bu problemin daha ciddi təhlükəyə yol aça biləcəyindən ehtiyatlanır. Müsahibimiz deyir ki, qəsəbədə hamı maşınlarla su almaq imkanına malik deyil. Bu səbəbdən bir çox ailələr il boyu quyu suyundan istifadə etmək məcburiyyətindədir: “Yayda maşınla aldığımız su ağacları, bağ-bostanı suvarmağa güclə çatır. Ona görə də içməyə çox vaxt quyu suyu işlədirik. Quyu suyu isə içməyə yararlı deyil, amma nə edək, başqa yol yoxdur”.
Azərbaycanda quyu suyundan istifadə təkcə Bakı kəndlərində deyil, çoxlu su mənbələrinə malik regionlarda, hətta dağlıq ərazilərdə də geniş yayılıb. Bunu Dövlət Statistika Komitəsinin rəsmi hesablamaları da təsdiqləyir. Komitənin məlumatına görə, hər il kənd yerlərində yaşayanların 45-46 faiz içməli su kimi quyu suyundan istifadə edir. Son illər isə mərkəzləşdirilmiş qaydada içməli su ilə əhatə olunanların sayı aşağı düşür. Təkcə 2006-cı ildə kənd yerlərində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunanların sayı 2005-ci illə müqayisədə 1,5 faiz azalıb. Əvəzində həyətyanı sahələrdə qazılmış quyu suyundan istifadə edənlərin sayı artıb.
Kənd əhalisinin 30 faizə qədəri içməli suyu həyətlərdəki quyulardan götürür
Rəsmi statistika mərkəzləşdirilmiş su kəmərlərinə çıxışı olan ev təsərrüfatlarının ölkə, şəhər və kənd yerləri üzrə bölgüsündə də ciddi fərqlərin olduğunu da təsdiqləyir. Belə ki, komitənin hesablamalarına əsasən, 2009-cu ildə ölkə üzrə ev təsərrüfatlarının 73,1 faizi mərkəzləşdirilmiş su kəmərləri ilə təmin olunduğu halda şəhər yerlərində bu göstərici 96,1 faiz, kənd yerlərində 46,6 faiz təşkil edib. Kənd yerlərində ev təsərrüfatlarının 58,7 faizinin içməli su mənbəyinə olan məsafə 50 metrə qədər, 29 faizində 50-100 metr, 9,7 faizində 100-200 metr, 2,4 faizində 200-500 metr, 0,1 faizində isə 500 metrdən artıqdır.
Komitənin hesablamalarına görə, 2009-cu ildə kənd yerlərindəki ev təsərrüfatlarının 53,4 faizinin evində su kəmərlərinə çıxışı olmayıb. Bu səbəbdən də həmin ev təsərrüfatlarının 29,9 faizi içməli suyu şəxsi həyətlərdəki quyulardan, 18,8 faizi ümumi həyətlərdəki krandan, 16,9 faizi ümumi quyudan, 13,9 faizi bulaq, çay və nohurlardan götürüb. Digər 20,5 faiz ev təsərrüfatı isə istifadə etdikləri suyu su maşınlarından alıb.
Xatırladaq ki, Azərbaycanda quyu suyundan istifadənin tarixi hələ XVII-XVIII əsrədək gedib çıxır. O dövrdə içməli su mənbələrinin məhdud olduğu ərazilərdə, o cümlədən paytaxt Bakıda əhali daha çox quyu suyundan istifadə edib. Tarixi mənbələrə əsasən bu dövrdə o qədər də böyük olmayan Bakının si təchizatı 1000-dən artıq quyunun hesabına ödənilirdi. Lakin həmin quyuların cəmi bir neçəsi şirin sulu olduğundan onların əksəriyyətindən yalnız məişət məqsədləri üçün istifadə edilirmiş. Hazırda bu quyuların bir neçəsi hələ də qalır və onlardan yaşıllıqların suvarılması üçün istifadə edilir.
XIX əsrin sonlarına qədər olan dövr Bakı şəhərinin su ilə təminatında quyu suyundan kütləvi istifadə dövrü kimi yadda qalıb. Yalnız 1859-cu ildə Şamaxıda güclü zəlzələnin baş verməsi ilə əlaqədar quberniya mərkəzinin Bakıya köçürülməsindən sonra paytaxtın içməli su probleminin həlli istiqamətində ara-sıra müzakirələr aparılır. Çünki yüksək codluğu olan və acı-şor dadı verən quyu suları keyfiyyətsiz sayılırdı. Tullantı suların quyulara sızması onların keyfiyyətini lap aşağı salırdı. Bəzi tarixi mənbələrdə göstərilir ki, 1892-ci ildə Bakıda baş vermiş vəba epidemiyasının əsas səbəbi məhz su təchizatının qənaətbəxş səviyyədə olmaması idi.
Maraqlıdır ki, müasir texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə də Azərbaycanda quyu suyundan istifadə öz aktuallığını saxlayır. Belə ki, hazırda paytaxt Bakıya 4 mənbədən (Xaçmaz rayonunun Şollar kəndi ərazisindəki bulaqlar, Kür çayı, Samur-Abşeron kanalı, Oğuzdakı bulaqlar) su kəməri çəkilsə də, ölkənin digər regionlarında, xüsusən kənd yerlərində yaşayan əhali artezian və subartezianlardan, həyətlərdə qazılmış quyuların suyundan istifadə edir.
“Kaçalka” - kəndlərin əsas su mənbəyi
İçməli su mənbələri məhdud olan Tərtər rayonunda da əhalinin böyük əksəriyyəti həyətlərində qazdıqları quyulardan çıxan və dadı-tamı bilinməyən sudan istifadə etməyə məhkumdurlar. Çünki Tər-Tər çayı rayonun tən ortasından keçsə də, dağətəyi ərazisində su mənbəyi olan bu zonanın əhalisinin təmiz içməli suya əli çatmır. Rayonun Qaraqoyunlu kənd sakini Tahir Hüseynov artıq kənd yerlərində xüsusi həyətlərdə xalq arasında “kaçalka” adlandırılan su quyularının qazılmasının ənənəyə çevrildiyi qənaətindədir. Elə onun özü də həyətdə iki quyu qazdırıb. Lakin Tahir Hüseynovun dediyinə görə, hər iki quyunun suyu yararsızdır, içmək mümkün deyil.
“Kənddə yüzlərlə belə su quyusu var. Bu quyuların suyu da içməyə yararlı deyil. Amma çay suyunu da “kaçalka”dan götürürük, yemək, yuyunmaq suyunu da. Hamı da bilir ki, həyətlərdə qazılan quyuların suyu texniki sudur, onu içmək xəstəlikdir, bu sudan ancaq suvarmada istifadə etmək olar. Amma biz içirik, başqa cür mümkün deyil” - deyə, müsahibimiz kənd yerlərində su təchizatı sisteminin olmamasından şikayətlənir.
Su məhdud, infrastruktur yox
Xatırladaq ki, hazırda dünyada şirin su ehtiyatlarının həcmi 35 milyard kubmetr təşkil edir. Ancaq bu ehtiyatların istifadə olunan hissəsi cmi 12-14 milyard kubmetrdir. Qafqazda 310 milyard kubmetr şirin sudan yalnız 29,7 milyard kubmetri Azərbaycandadır. Bundan da yalnız 30 faizi yerli mənbələrdən qaynaqlanır. Yerdə qalan 70 faiz isə tez-tez nəzarətsiz çirklənməyə məruz qalır. Hesablamalara görə, hazırda Azərbaycanda yerüstü su ehtiyatları 32,2 milyard kubmetrdir, quraqlıq illərdə 22,6 milyard kubmetrə qədər azalır. Müvafiq olaraq adambaşına miqdarına görə Azərbaycanda Gürcüstandan 7,7 və 8,3, Ermənistandan 2,2 və 1,7 dəfə az su ehtiyatı düşür.
Problem ondadır ki, ölkə ərazisindəki yerüstü su ehtiyatı məhdud olmaqla yanaşı bu ehtiyatlardan yararlanmaq imkanları şəhər və rayonlar arasında qeyri-bərabərdir. Belə ki, ölkənin içməli təchizatına cavabdeh olan “Azərsu” ASC yalnız şəhər və rayon mərkəzlərinin tələbatını ödəyə bilir. Elə buna görə də şəhər və rayon mərkəzləri ilə müqayisədə kənd yerlərində mərkəzləşdirilmiş su mənbələrinə çıxış imkanları müqayisəedilməz dərəcədə aşağıdır.
Kənd yerlərində içməli su təchizatanın aşağı səviyyədə olduğunu, rəsmi qurumlar da təsdiqləyir. “Azərsu” ASC-də kənd yerlərində mərkəzləşdirilmiş su təchizatının olmaması həmin ərazilərdə infrastrukturun olmaması ilə əlaqləndirirlər. “Azərsu”da etiraf edirlər ki, mərkəzləşdirilmiş su sistemi və mövcud qurğular əhalini içməli su ilə təminatı üçün yetərli deyil. Bu səbəbdən Dövlət Proqramları çərçivəsində hazırlanmış Tədbirlər Planında yeni qurğuların quraşdırılması, istismar müddəti başa çatmış qurğuların bərpası, kiçik ölçülü qurğu və sistemlərin daha böyük gücə malik avadanlıqlarla yeniləri ilə vəz edilməsi nəzərdə tutulur. Həmçinin Dövlət Proqramına uyğun olaraq, ölkə ərazisindəki çaylar üzərində bir neçə kiçik su anbarlarının tikilməsi planlaşdırılır. Üstəlik su itkilərinin qarşısının alınması, su təchizatı və kanalizasiya sistemində baş verən qəzaların vaxtında aradan qaldırılması üçün istismara yararsız olan elektrik mühərriki və su nasoslarının, kabellərin yenisi ilə əvəzlənməsi, su anbarları yuyulması üçün əlavə tədbirlərə dair təkliflər də hazırlanıb.
ASC-nin regionların içməli su təchizatına nəzarət edən “Birləşmiş Sukanal” MMC-də bildirirlər ki, hələ sovet dövründə və ondan əvvəlki illərdə kənd yerlərində mərkəzləşdirilmiş su təschizatı sistemi çox kiçik əraziləri əhatə edib. Sovetlər birliyinin dağılmasından sonra isə kənd yerlərində mövcud olan su anbarları, magistral və məhəllədaxili xətlər, su nasoslar vasitəsi, su çənləri və qüllələr dağıdılıb.
Bununla belə, “Birləşmiş Sukanal” MMC-də bildirirlər ki, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində su təchizatının yaxşılaşdırılması və dağıdılmış infrastrukturunun bərpası üçün də konkret vəzifələr qoyulub. Hazırda bu proqrama uyğun olaraq, bir neçə rayonda su təchizatının yaxşılaşdırılması, bu sahədə yenidənqurma və bərpasına start verilib. Amma regionlarda həyata keçirilən bu tip layihələr daha çox rayon mərkəzlərini və ona bitişik kəndləri əhatə edir. Kənd yerlərinin su infrastrukturunun yaxşılaşdırılması isə sonrakı mərhələlərdə həyata keçiriləcək.
Bundan başqa, Azərbaycanın kiçik şəhərlərinin su təminatının yaxşılaşdırılması istiqamətində Almaniyanın KFW Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da bir sıra layihələri reallaşdırmaqdadır. Artıq Gəncə, Şəki, Şamaxı və digər rayonlarda su təchizatının yenidən qurulması layihələrinə start verilib.
Yeri gəlmişkən, son illər Azərbaycanda kənd yerlərində içməli su təchizatının yaxşılaşdırılması ilə daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Nazirlik “Azərbaycan Respublikasının regionlarında kəndlərin müasir standartlara uyğun su ilə təmin edilməsinə dair Milli Plan” çərçivəsində 149 mindən çox əhalinin yaşadığı 50 kənddə sutəmizləyici qurğuların quraşdırılmasını artıq başa çatdırıb. Nazirlikdə bildirirlər ki, hazırda Milli Plana uyğun olaraq, ölkə başçasının sərəncamları əsasında bir neçə rayonun kəndlərində yeni sutəmizləyici qurğuların quraşdırılması davam etdirilir.
Eltac İsazdə

2287