Azərbaycanda torpaq qırılması sürətlənir - ARAŞDIRMA
Azərbaycanın Salyan rayonundan Hacıqabula qədər torpaq qatında yaranan qırılma ilə
bağlı son aylar kütləvi informasiya vasitələrində ara-sıra məlumatlar getsə də, bu məlumatlar adi xəbər səviyyəsindən kənara çıxmır. Deyəsən, heç kim çatın yaratdığı problemin həqiqi dərinliyinin fərqinə varmır. Ortada olan fakt isə bundan ibarətdir ki, Azərbaycanın kifayət qədər böyük ərazisində torpaq qırılır, bu qırılma özü ilə bərabər zəlzələləri və palçıq vulkanlarını da oyadır...
Problemin görünən tərəfi
Problemlə bağlı ilk məlumat bu il aprelin 1-də yayılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun keçirdiyi tədbirlərdən birində institutun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, mart ayının əvvəlindən başlayan proseslə bağlı ilk olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Alim deyib ki, həmin ərazinin dənizə baxan şərq hissəsi 5-10 sm aşağı düşüb. Bəzi yerlərdə kiçik palçıq vulkanları peyda olub. Ən əhəmiyyətlisi isə odur ki, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb: “Bütün nəzəri tədqiqatlar göstərir ki, bu yarılma Abşerona tərəf hərəkət edə bilər. Əsas qorxu da bundadır”.
F. Qədirov baş verən yarılmanın səbəbini də açıqlayıb: “Yer daxilindəki Ərəbistan plitəsinin təsiri ilə yer qabığının 15 km qalınlığında horizontal proses gedir. Salyandan başlayaraq bu horizontal proseslərin istiqamətləri dəyişir. Salyan, Xıdırlı, Bakı nöqtələrində şərqə, digərlərində isə şimala və qərbə tərəf hərəkət dominantdır. Elə bil ki, Salyandan Şamaxıya kimi qərb hissə saat əqrəbinin əksi istiqamətində, digər tərəf isə saat əqrəbi istiqamətində dönməyə çalışır. Burada çox böyük sürət fərqi var. Bu sürət fərqi Xıdırlı, Şıxlar, Bakı və Gürgan arasındadır. Xıdırlıdan Gürgana qədər surətlər şərq komponenti üzrə 6 mm-dən 0-a qədər dəyişir. Bu, çox təhlükəlidir. Elə bil ki, bir şeyi bir tərəfdən dartıb, digər tərəfdən saxlayırsan. Bu zaman qırılma baş verir. Bu, plitəiçi qırılmadır. Ola bilsin ki, qədimdən qalandır, indi aktivləşib. Bu, bir az qorxu yaradır. Çünki Abşeronda da qədimdən qalma zəlzələ ocaqları və qırılmalar var. Onlar da aktivləşə bilər. Məsələn, 1842-ci ildə Zabratda baş verən zəlzələ zamanı həmin ərazidən bir qırılma keçib. O da aktivləşə bilər. Bu prosesi dəqiq bilmək lazımdır. Bununla əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər edilib. Həmin ərazidə yaşayış evlərinin içərisində də çatlar yaranıb”.
Xatırladaq ki, sözügedən ərazidə zəlzələlərin baş vermə intensivliyi artıb. Bu ilin martın 4-5-də Hacıqabulda 3.50 və 3.00 maqnitudalı iki zəlzələ baş verib. Martın 13-də Qobustan ərazisində Şıxzəyirli və Ərəbşahverdi palçıq vulkanları püskürüb. Ondan cəmi bir gün sonra, yəni martın 14-də Şirvan ərazisində bir gündə 4 zəlzələ baş verib. İyulun 12-də də Şirvan ərazisində bir gündə 4 zəlzələ qeydə alınıb.
Baş verən geoloji proseslər bölgədə ciddi təşviş doğurub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev APA-ya açıqlamasında deyib ki, bu ilin mart ayında Salyan rayonunun Abad və Xələc kəndləri ərazisində bir sıra yaşayış evlərinin zədələnməsi ilə müşahidə olunan geoloji proseslər bölgədə ciddi təşviş doğurub. Problemin öyrənilməsi və müvafiq təhlillərin aparılması üçün ETSN və FHN tərəfindən mütəxəssislər qrupu yaradılıb. Qrup Salyan rayonunun Abad və Xələc kəndlərində müşahidə olunan tektonik aktivləşmə, Şıxzəyirli və Ərəbşahverdi palçıq vulkanlarının püskürməsi ilə əlaqədar ərazinin ilkin vizual müayinəsini həyata keçirib, seysmogeodinamik monitorinq, seysmostatistik, fond və arxiv məlumatlarına istinadən regionda gedən geoloji-tektonik və seysmotektonik proseslərin mövcud vəziyyətini qiymətləndirib: “İlkin müşahidələr göstərib ki, Qızılağac-Şamaxı dərinlik qırılmasının orta kəsimlərinə təsadüf edən Abad-Xələc çat sistemi eyni adlı dərinlik qırılması ilə eyni istiqamətli olub zəif sağ sürüşmə xarakterlidir. Salyan rayonunun ərazisindəki DAM postunun qərbindən izlənilən yeni çat şəbəkəsi Salyan-Şirvan magistral yolunun 6-cı km-də magistral yolu kəsərək şimal-şərq istiqamətdə izlənilir. Milli Geoloji Kəşfiyyat Xidmətin əməkdaşları tərəfindən burada qazılmış müxtəlif dərinlikli dağ qazmalarının təhlili göstərib ki, dərinlik istiqamətində çat sisteminin eni xeyli artır. Belə ki, 5 metr dərinlikli şurfda süxurların dağılmaya məruz qalmış hissəsinin eni 4 metr təşkil edib. Bu isə ərazidə əvvəllər təsbit edilmiş Qızılağac-Şamaxı dərinlik qırılması zonası ilə əlaqədardır. Baş vermiş geoloji dəyişmələr regional xarakterli olmayıb lokal əraziləri əhatə edir”.
Azərbaycan aktiv geodinamik mərhələnin başlanğıcında...
Ə. Əliyev deyib ki, bölgədə yaranmış yeni çat sistemlərinin çoxsaylı yerli zəlzələlərlə də müşayiət olunması geoloji proseslərin aktivliyinin yeni və daha aktiv fazaya daxil olmasına işarədir: “Həmin ərazilərin bilavasitə yaxınlığında yerləşən bəzi zəlzələ ocaqları və palçıq vulkanlarının oyanmasının mümkünlüyü mütəxəssislər tərəfindən ciddi şəkildə təhlil edilib. Abad və Xələc kəndləri ərazisində 2011-ci ildə baş vermiş geoloji-tektonik proseslər ümumən Qafqazda, eləcə də Şamaxı-İsmayıllı seysmoaktiv zonasında geodinamik aktivliyin yeni mərhələyə daxil olması ilə əlaqələndirilə bilər. Bu ilin fevral ayından başlayaraq ölkə ərazisinin şərq hissəsində (Böyük Qafqazın cənub-şərq kəsimi, Şirvan düzənliyi və Azərbaycanın Xəzər sektoru) baş vermiş 3-4 maqnitudalı çoxsaylı zəif seysmik proseslər yeni geodinamik mərhələnin başlanmasına dəlalət edir. Yeni aktiv və kontrast geodinamik şəraitin formalaşması bölgədə xarakterik seysmik proseslərin baş verməsi üçün anomal hal kimi qəbul edilə bilər. Digər tərəfdən, 2010-cu ildən başlayan yeni günəş aktivliyi tsikli və endogen rejimin kontrast və sıçrayışlı dəyişmələri də Yer qabığında anomal geoloji-tektonik proseslərin intensivliyinin artmasına xidmət edir. 2010-cu ilin yanvar ayından başlayaraq böyük insan tələfatı və maddi itkilərlə nəticələnən Haiti, Çili, Yeni Zelandiya, İndoneziya, Tailand, Çin, Yaponiya və Filippin zəlzələləri bir daha təsdiq edib ki, bütün planetdə geodinamik proseslərin intensivliyi yüksələn xətt üzrə davam etməkdədir”.
Çatlar tikili və qurğular üçün ciddi fəsadlar törədə bilər
Ə. Əliyev bildirib ki, Abad və Xələc kəndlərinin yerləşdiyi ərazi tektonik cəhətdən Aşağı Kür depressiyasına aid edilir. Burada aparılmış son geoloji-geofiziki tədqiqat nəticələri göstərib ki, İsmayıllı-Qızılağac və Şamaxı-Qızılağac dərinlik qırılmaları ilə yarılmış Aşağı Kür çökəkliyi böyük qalınlıqlı (18-21 km) çökmə qata malikdir. Hər iki dərinlik qırılması üzrə şərqə doğru enmə müşahidə olunur. Tektonik pozulmaların cənub kəsimləri (Padar-Səngəçal) geodinamik cəhətdən nisbətən “sakit”dir. Yalnız onların şimal kəsimləri (xüsusilə, Əyriçay-Ələt dərinlik qırılması ilə kəsişmə düyünləri) seysmik aktiv zonalarıdır. Seysmostatistik təhlillər göstərib ki, Aşağı Kür kəsimlərində qeyd olunan tektonik qırılmalar artıq başa çatmış sayılmalıdır və onların bu hissələrində güclü və katastrofik zəlzələlərin baş verməsi ehtimalı yoxdur. Yalnız əsas qırılma xəttinin müəyyən kəsimlərində lokal çat əmələgəlmə prosesləri baş verə bilər. Xələc və Abad kəndləri ərazisində müşahidə olunmuş çat sistemləri submeridional istiqamətli regional tektonik pozulma zonası boyu yaranan çatlardır. Həmin çatlar tikili və qurğular üçün ciddi fəsadlar törədə bilərlər. Lakin geoloji-tektonik parametrləri və xarakterlərinə görə böyük miqyaslı təbii fəlakətlər doğura bilməz.
Seysmoloq yaranmış qırılmanın zəlzələlərə səbəb olacağını inkar edir
Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamika şöbəsinin rəhbəri Tahir Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, Salyandan Hacıqabula qədər olan ərazidə baş verən proseslərin zəlzələlərlə o qədər də bağlılığı yoxdur: “Yaranan çatı zəlzələ ilə bağlamaq doğru deyil. Bunu sübut eləmək lazımdır. Çatı zəlzələ əmələ gətirir. Çat zəlzələni əmələ gətirmir. İkincisi, orada baş verən zəlzələlər yer qatında çat əmələ gətirmə səviyyəsində olan zəlzələlər deyil. Zəlzələlər bir neçə kilometr dərinlikdə baş verir. Ən zəif zəlzələlərin dərinliyi 3-4 km olur. Zəlzələlərin yer səthində çat əmələ gətirə bilməsi üçün onun gücü bir qədər yüksək olmalıdır”.

1006