Xəzərdə 6 saatlıq gəzinti –
30 may 2011 13:43 (UTC +04:00)

Xəzərdə 6 saatlıq gəzinti –

Lent.az-ın məlumatına görə, mayın 28-də “General Əsədov” gəmisində 200 nəfərlik heyət üçün gəzinti, ziyafət və konsert keçirilib. Tədbiri giriş sözü ilə “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev açaraq hər kəsi Respublika günü münasibətilə təbrik edib. Xatırladıb ki, belə bir gəzinti ötən il 9 may Qələbə günü münasibətilə təşkil olunub.


Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov çıxış bildirib ki, turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində 2010-cu ildən etibarən “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək” layihəsi adı altında həyata keçirilən tədbirlər məqsədyönlü şəkildə davam etdirilir: “Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədimizin olması çeşidli turizm məhsullarının yaradılmasına münasib zəmin yaradır. Biz sözümüzün üstündə dayandıq və ötən il dediyimiz kimi, bu dəniz gəzintisini davam etdiririk. Dövlət Neft Fondu bizim bu layihəni dəstəklədi, biz də müstəqilliyimizin 20 illiyini turizm ictimaiyyəti ilə birgə keçirmək qərarına gəldik. Bu tədbirimizdə otel, turizm şirkətlərinin rəhbərləri, eyni zamanda Türkiyədən gələn müəllimlərimiz iştirak edirlər”.


M.Qəhrəmanov bu ilin “Turizm ili” olduğunu xatırladaraq deyib ki, bu il çərçivəsində əsas məqsəd ölkəmizdə mövcud olan turizm potensialını daha geniş miqyasda, müvafiq tədbirlərlə, müxtəlif vasitələr və ölkədəki partnyorlarla birgə tanıtmaqdır.


Gəzinti zamanı “Scal İnternational” Beynəlxalq Təşkilatının Bakı Klubu yeniliyə imza ataraq 9-cu toplantısını gəmidə keçirib. Toplantıda Mahir Qəhrəmanov, “Palmalife” şirkətinin prezidenti Zafer Atakan, “Grand hotel Europe”un baş meneceri Tolqa Akkaş və başqaları iştirak edib.
Toplantıda ilk olaraq “Scal İnternational Baku”nın prezidenti Ruslan Quliyev çıxış edib. Rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verən R. Quliyev qeyd edib ki, 1932-ci ildə yaradılan “Scal İnternational”ın tərkibində 100 ölkə, 700 klub birləşib. Azərbaycan isə bu məşhur quruma 2009-cu ildə tam hüquqlu üzv kimi qəbul olunub.



Toplantının əsas mövzusu “Eurovision” musiqi yarışmasının 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmizin turizm sektorunun hazırlığı məsələsi olub. Qurumun üzvləri bununla bağlı maraqlı təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, gəzinti Nargin adasına qədər davam edib. 6 saatlıq gəzinti müddətində gənc müğənnilər və rəqqaslar da çıxış edib iştirakçılara xoş anlar yaşadıblar.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar